“WhatsApp” rekord qırır

2-02-2016, 12:26
112

“WhatsApp” rekord qırır "WhatsApp” yazışma tətbiqi istifadəçi sayını rekord həddə - 1 milyarda çatdırıb.

Bu barədə "WhatsApp” mesajlaşma xidmətinə sahib olan "Facebook” şirkətindən məlumat verilib. "WhatsApp” istifadəçilərinin sayı ay ərzində 800 milyon nəfər tərəfindən istifadə edilən "Facebook Messenger"i ötüb.

Şirkətin son hesablamalarına görə, "WhatsApp” vasitəsilə gün ərzində 42 milyard ismarış, 250 milyon video mesaj göndərilir.
2014-cü ilin fevralında isə tarixin ən böyük alğı-satqısı baş tutub. Hələ o zaman 450 milyon istifadəçisi olan "WhatsApp”ı "Facebook” şirkəti 19 milyard dollara satın alıb.

Bundan əvvəl 2012-ci ildə "Facebook” 1 milyard dollar ödəyərək "İnstagram” sosial şəbəkəsini satın alıb.

"WhatsApp” Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Messenceri yaratmış şirkətin 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən əsası qoyulub. Şirkətin mərkəzi ofisi Santa-Klara, Kaliforniya ştatında yerləşir.

   //ANS Press