İlham Əliyev nazirləri topladı

10-01-2016, 13:54
184

 Nazirlər Kabinetinin iclası keçirilib
 
İlham Əliyev nazirləri topladıBu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.

İclasda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
 
 

Nazirlər Kabinetinin iclası


Sonuncu dəfə oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Prezident İlham Əliyev iclası giriş nitqi ilə açıb. Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev və təhsil naziri Mikayıl Cabbarov çıxış ediblər.

İclasın sonunda prezidenti yekun nitqi söyləyib.



İlham Əliyevin sədrliyi ilə oktyabrın 12-də keçirilən iclas

İclasda İlham Əliyev məmurlara sərt xəbərdarlıq etmişdi.

"Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır.”

Yerli icra orqanlarının səbəbsiz yoxlamalarına münasibət bildirən İlham Əliyev bildirib ki, sahibkarlar bu hallarla çox rastlaşır. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Prezident bildirib ki, yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır.

"Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır.”

İlham Əliyev yoxlamaların tənzimlənmə mexanizmi işlənməli olduğunu deyib. "Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq.”
 

  //ANS Press