Bayram ərəfəsində uşaqlar sevindirildi

27-03-2017, 21:59
417

Bayram ərəfəsində uşaqlar sevindirildiNovruz  Bayramı  münasibətilə  AzQAC-ın  Miqrasiya, Gənclər və könüllülər şöbələrinin təşkilatçılığı və Ulduz Şokolad Fabrikinin dəstəyi ilə Milli Onkologiya uşaq xəstəxanasında  müalicə alan uşaqlar üçün tədbir keçirildi. 50 nəfər onkoloji xəstə  uşağa bayram hədiyyələri paylandı. Tədbirdə uşaqların valideynləri, xəstəxananın  əməkdaşları da iştirak etdilər. Tədbirin əsas məqsədi xəstə uşaqlara mənəvi dəstək olmaq və Bayram öncəsi onları sevindirmək idi. Xəstəxananın işçiləri və valideyinlər bu tədbirə görə Az-QAC-ın əməkdaşlarına öz təşəkkürlərini bildirdilər və AzQAC-ın bu yöndə ilk təşəbbüskar olduğunu söylədilər.

  //Nəzər Media.az
Bayram ərəfəsində uşaqlar sevindirildi
Bayram ərəfəsində uşaqlar sevindirildi
Bayram ərəfəsində uşaqlar sevindirildi
Bayram ərəfəsində uşaqlar sevindirildi
Bayram ərəfəsində uşaqlar sevindirildi
Bayram ərəfəsində uşaqlar sevindirildi