İranda Azərbaycan bayrağına hörmətsizlik - FOTO

17-02-2017, 13:08
140

 İranda Azərbaycan bayrağına hörmətsizlik - FOTOXəbər verdiyimiz kimi, İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.

Təşkilatçılar Azərbaycan bayrağına hörmətsizlik edib. Belə ki, Rusiya yığması ilə görüş zamanı Azərbaycan milli komandasını arenaya başqa bayraqla çıxarıblar.

Azərbaycan Güləş Federasiyasının rəsmiləri və yığmanın baş məşqçisi Firdovsi Umudovun etirazından sonra təşkilatçılar söz veriblər ki, bayrağı dəyişəcəklər. Daha sonra hoteldən Azərbaycan bayrağı gətirilib.
İranda Azərbaycan bayrağına hörmətsizlik - Fotolar
  //Qafqazinfo