Novruz bayramında əfv olacaq - AÇIQLAMA

17-02-2017, 12:05
66

Novruz bayramında əfv olacaq  - AÇIQLAMA"Ötən gün Əfv Komissiyanın iclası keçirilib. Komissiyaya  800-dən artıq müraciət daxil olub. Daxil olan müraciətlərin 150-nə baxılıb".

Bunu jurnalistlərə açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib.

O bildirib ki, baxılan müraciətlərin yarısına müsbət rəy verilib:

"Bu gün də komissiyanın iclası davam edəcək. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, Prezident İlham Əliyev Novruz Bayramı ərəfəsində əfv fərmanı imzalayacaq".

   //Modern.az