Bahar Muradova statistika AÇIQLADI

19-01-2017, 12:07
67

Bahar Muradova statistika AÇIQLADI"Milli Məclisin İnsan hüquqları komitəsinin 2016-cı il payız sessiyasında 2 iclası keçirilib. Bu iclaslarda 5 məsələ müzakirə olunub və 3 qanun layihəsi payız sessiyasının müzakirəsinə tövsiyə edilib”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib. O  bildirib ki, payız sessiyasında komitəyə 849 sənəd daxil olub ki, onlardan da 447-si müvafiq orqanlara göndərilib və müsbət həllini tapıb.

 Eyni zamanda, B. Muradova komitə sədri kimi payız sesiyasında 114 nəfəri qəbul edib. Həmçinin, komitənin işçiləri tərəfindən 175 vətəndaş qəbul edilib, onlar dinlənilib.

   //Modern.az