Prezident Naxçıvanda hərbçilər üçün tikilən binanın açılışında

11-01-2017, 16:03
96

Prezident Naxçıvanda hərbçilər üçün tikilən binanın açılışında Azərbaycan Prezidenti İlham Əliyev bu gün Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib.

Dövlət başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zirzəmi qatı ilə birlikdə yeddimərtəbəli yaşayış binasında 48 mənzil var. Onlardan 24-ü ikiotaqlı, 24-ü üçotaqlıdır.

Binanın zirzəmi qatında subay zabit, gizir və müddətdən artıq xidmət edənlər üçün 4 yaşayış sahəsi ayrılıb. Onlardan biri dörd nəfərlik, ikisi altı nəfərlik, biri səkkiz nəfərlikdir.

Yaşayış binasında istirahət otağı, qadın gözəllik salonu, kişi bərbərxanası, dərzi və komendant otaqları, 2 əşya anbarı, 40 nəfərlik yeməkxana və camaşırxana yaradılıb.

   //Nəzər Media.az