Prezident İlham Əliyev Naxçıvana gedib

11-01-2017, 15:14
100

Prezident İlham Əliyev Naxçıvana gedibAzərbaycan prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfər edib.

İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

   //Nəzər Media.az