İlham Əliyev nazirləri topladı

12-10-2015, 14:01
480

İlham Əliyev nazirləri topladı
Prezident İlham Əliyevin sədrliyi ilə iclas keçirilib.

Müşavirə 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.

Prezident İlham Əliyev iclası giriş nitqi ilə açıb. Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev və təhsil naziri Mikayıl Cabbarov çıxış ediblər.

İclasın sonunda prezidenti yekun nitqi söyləyib.

Bundan əvvəl iyulun 13-də İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Məhz həmin iclasda prezident aviabiletlərin baha olmasından danışıb. O, Birinci Avropa Oyunlarından sonra Azərbaycana turist axınının daha da sürətləndiyini əsas gətirərək turistlərə vizaların verilməsinin sadələşdirilməsini, aviabiletlərin və hotellərin qiymətlərinin aşağı salınmasının vacib oduğunu deyib.

"Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün?" - deyən prezident Maliyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə bu məsələ ilə məşğul olmalarını tapşırıb.

   //Nəzər Media.az