AŞPA missiyasından referendumla bağlı - İlkin rəy

27-09-2016, 13:06
390

AŞPA missiyasından referendumla bağlı - İlkin rəyAzərbaycan xalqını dinc şəraitdə keçən referendumla bağlı təbrik edirəm. Referendum Azərbaycan qanunvericiliyinə uyğun olaraq təşkil edilib və legitimdir. Biz ölkənin xalqının iradəsinə hörmət edirik".

Bu sözləri AŞPA müşahidə missiyasının rəhbəri Aleksandr Nikoloski Azərbaycanın Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə ümumxalq səsverməsi (referendum) monitorinqinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

"Səsvermə prosesi şəffaf keçib, səslərin hesablanması zamanı ciddi pozuntular müşahidə olunmayıb. Nümayəndə heyəti referendumun nəticələrinin xalqın iradəsini ifadə etdiyini və ölkənin sabitliyi üçün addım olduğunu hesab edir", - deyə A.Nikoloski bildirib.

//Report.az