"Minsk qrupu Dağlıq Qarabağda vəziyyətin nizamlanmasına sadiqdir"

28-09-2015, 10:56
420

"Minsk qrupu Dağlıq Qarabağda vəziyyətin nizamlanmasına sadiqdir"
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə artıq əldə olunmuş qərarların reallaşdırılması və yenilərinin axtarılması prosesinə sadiqdir.

Bunu sentyabrın 28-də Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşün açılışını edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Mən çox şadam ki, bizim Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliyə getmək üçün fəaliyyətlərimizi uyğunlaşdırmaq və bu günə qədər görülən işlərə əlavə nəsə edə biləcəyimizə əmin olmaq imkanı yaranıb", - deyə Lavrov qeyd edib.

"Həmsədr ölkələrin hər biri bu prosesə sadiqdir, Ermənistan və Azərbaycanla münasibətlərimizi nəzərə alaraq bu istiqamətdə Fransa və ya Amerikanın təşəbbüsündənmi, yaxud Rusiyanın səyləri barədəmi danışacağımızı bilmirəm", - deyə nazir əlavə edib.

   //Report