"Onlara uduzsaydıq, özümü asardım"

19-01-2016, 14:13
96

"Onlara uduzsaydıq, özümü asardım"Qari Nevill "Valencia"nın baş məşqçisi kimi Primeroda qələbəyə həsrətdir. La Liqanın 20-ci turunda "Rayo Vallecano" ilə qarşılaşan "yarasalar" 89-cu dəqiqədə Alkaserin qolu ilə məğlubiyyətdən xilas olub. Matçdan sonra "Rayo"nun baş məşqçisi Pako Xemes maraqlı açıqlamalarla yadda qalıb.

"Bəzi oyunlardan sonra heç kədərlənmirsən. Çünki komandan yaxşı oynamır. Bəzən də hiss edirsən ki, futbolun özü səni aldadıb. Biz "Valencia"dan daha güclü idik. Qələbə qazanmaq mümkün olmadı. Meydanda yalnız bir komanda vardı. Əksər komponentlərdə rəqibi qabaqladıq. "Valencia"ya uduzsaydıq, soyunub-geyinmə otağında özümü asardım. Oyunçularımla fəxr edirəm. Amma tarixdə qollar qalır. Qarşıdakı uzun yolda bir xal həyati əhəmiyyət daşıya bilər".

  //goal.az