Canluici Buffondan möhtəşəm yubiley

25-03-2017, 13:09
271

Canluici Buffondan möhtəşəm yubileyDÇ-2018-in seçmə mərhələsi çərçivəsində İtaliya Albaniyanı qəbul edib.

Matç "skuadra azzura"nın qapıçısı Canluici Buffon üçün xüsusilə əlamətdardı.

Belə ki, əfsanəvi "çərçivə qoruyucusu" bu oyunla birlikdə peşəkar karyerasında 1000-ci dəfə meydana çıxıb.
 
Karyerası ərzində "Parma" və "Yuventus" klublarında çıxış etmiş Cici hələ ki futbol tarixinin ən bahalı qapıçısıdır. Belə ki, o, 2001-ci ildə Turin klubuna keçərkən "qoca sinyora" onun üçün 53 milyon avro ödəmişdi.
 
Buffon 1997-ci ildə debüt etdiyi milli komanda ilə 5 dəfə dünya çempionatında iştirak edib və bir dəfə 2006-cı ildə Almaniyadakı mundialda çempion adını qazanıb.

 //apasport.az