Lukaku qərarını klub rəhbərliyinə çatdırdı

15-03-2017, 15:24
214

Lukaku qərarını klub rəhbərliyinə çatdırdı"Everton"un qol maşını Romelu Lukaku klub rəhbərliyinin yeni müqavilə təklifini rədd edib.

Belçikalı hücumçu özünü başqa komandada sınaqdan keçirmək istəyir. Lukaku bu mövsüm vurduğu qolların sayına görə "Everton"un tarixinə düşüb.

Onun agenti Mino Rayola isə bir müddət öncə yeni müqavilə imzalanacağını demişdi. Futbolçunun "Everton"la müqaviləsi 2019-cu ilin yayında başa çatır.

//Goal.az