"Xala ehtiyacımız var" - Xanım Hüseynova

12-03-2017, 14:13
342

"Xala ehtiyacımız var" - Xanım Hüseynova"Əslində final gözləyirdim, lakin rəqibim güclü idi".

Bunu Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanan Xanım Hüseynova deyib.

81 kq. çəki dərəcəsində mübarizə aparan qadın cüdoçu bürünc medal uğrunda görüşdə azərbaycanlı idmançı ilə üz-üzə gəlməsinə münasibət bildirib. O, komanda yoldaşına qarşı güləşməyin çətin olduğunu qeyd edib:

"Önəmli olan xaldır. İslam Həmrəyli Oyunları və "Tokio-2020" üçün xala ehtiyacımız var. Rəqiblərimiz çox səviyyəli idmançılar idi. Bürünc medal uğurunda görüşdə komanda yoldaşıma qarşı güləşmək çətin oldu. Ən yaxın dostumdur. Kaş ki, ayrı düşəydik. Böyüklər arasında qazandığım ilk medaldır".

X. Hüseynova 3-cü yer uğrunda görüşdə Azərbaycan yığmasının üzvü Gülsədəf Kərimovaya qalib gəlib.

  //milli.az