Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib

17-02-2017, 22:07
32

Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilibFutbol üzrə Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib.

Dəyişiklik AFFA-nın müraciəti əsasında aparılıb.

7 mart - 9 martda Qətərin paytaxtı Dohada milli komandanın toplanış, eləcə də Azərbaycan və Qətər milli komandalarının yoldaşlıq oyunu keçiriləcəyi səbəbindən Azərbaycan Premyer Liqasının XXII turunda dəyişiklik edilməsi xahiş olunub. Milli komanda amilini nəzərə alan PFL qərara alıb ki, XXII turunun "Kəpəz" - "Zirə" və "İnter" - "Sumqayıt" matçları martın 11-dən martın 13-nə, "Qarabağ" - AZAL və "Neftçi" - "Qəbələ" matçları martın 12-dən martın 14-nə keçirilsin.

   //Nəzər Media.az