""Barselona"sız Çempionlar Liqası darıxdırıcı olmayacaq"

17-02-2017, 16:32
39

""Barselona"sız Çempionlar Liqası darıxdırıcı olmayacaq"Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona"nın PSJ-yə 0:4 hesabı ilə uduzmasından danışıb.

Sabiq komandasının ağır məğlubiyyəti Prosineçki üçün gözlənilməz olsa da, o, belə nəticələrin futbola fayda verdiyini bildirib: "Futbolda mümkünsüz heç nə yoxdur. "Leicester" keçən il Premyer Liqanın qalibi olmadımı? Bu cür sürprizlərin olması yaxşı, hətta əladır. Həmişə 10 eyni klubun Çempionlar Liqasında 1/4 final, yarımfinal və finala çıxması kənardan necə görünər? Belə olan halda, digərləri heç nə edə bilmirlər. Bu mənada, qeydə alınan sürprizlər futbolun marağını artırır. Şəxsən mənim üçün PSJ "Barselona"ya 4:0 hesabı ilə qalib gəldikdən sonra Çempionlar Liqası daha maraqlı gəlir. Təkcə bu deyil. Artıq digər klubların da nəsə etməyə çalışması tendensiya halını alıb. PSJ, doğrudan da, fantastik oynadı, ancaq "Barca" da pis vəziyyətdə idi. Vaxtilə "Barcelona"nın futbolçusu olmağıma rəğmən, bu cür nəticələrin qeydə alınmasını yaxşı hal hesab edirəm. "Barselona"sız Çempionlar Liqası mənim üçün darıxdırıcı olmayacaq".

   //goal.az