UEFA reytinqi: Qonşularımız büdrədi, Rusiya irəlilədi

17-02-2017, 16:24
13

UEFA reytinqi: Qonşularımız büdrədi, Rusiya irəlilədiAvrokubokların pley-pff mərhələsinin ilk oyunlarından sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.

Çempionlar Liqasında 1/8, Avropa Liqasında 1/16 final mərhələsində keçirilən ilk qarşılaşmaları cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Klubları mübarizəni davam etdirən 19 ölkə təmsilçilərinin mövqelərindəki yerdəyişmələrə baş tutan 20 görüşün nəticələri təsir edib. Belə ki, Rusiya 6-cı pilləyə yüksəlib.
 
Şimallılar Portuqaliyanı arxada qoyublar. Buna "Krasnodar" və "Rostov"un qələbələri səbəb olub.
 
Bundan başqa, Polşa İsveçi keçib. "Legiya"nın heç-heçəsi skandinaviyalıları arxada qoymağa kifayət edib.
 
26-cı pillədə qərarlaşan Azərbaycanın nəinki mövqeyi, qonşuları ilə fərqi də dəyişməz qalıb. Buna 25-ci və 27-ci yerlərdə olan ölkələrin komandalarının məğlubiyyəti səbəb olub. Kipr APOEL-i də, Bolqarıstan "Ludoqorets"i də meydanı başıaşağı tərk ediblər.

   //apasport.az