Yığmamızın voleybolçuları məğlubiyyətə üzüldülər

16-02-2017, 16:18
140

Yığmamızın voleybolçuları məğlubiyyətə üzüldülərQadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında növbəti oyunlar keçirilib.

XVI tur çərçivəsində baş tutan matçda Azərbaycan millisinin oyunçuları da komandalarının heyətində meydana çıxıblar.

Belə ki, Yana Kulanın şərəfini qoruduğu "Çanakkale Bld" "İdman Ocağı"nın qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:1 (25:19, 25:17, 20:25, 25:18) hesablı qələbəsi ilə yekunlaşıb. Kulan məğlub olduqları görüşdə 14 xal toplayıb.
 
Kseniya Poznyakın çıxış etdiyi "Beşiktaş" da məğlubiyyətə üzülüb. Onlar evdə lider "Vakıfbank"a uduzublar - 0:3 (28:30, 12:25, 14:25). Blokçumuz matçda 5 xal yığıb.
 
Bu qarşılaşmalardan sonra "Çanakkale Bld" 27 xalla 5-ci, "Beşiktaş" 19 xalla 8-cidir.

   //apasport.az