Devid Bekhem yeni mülk alır

15-10-2015, 15:26
358

Devid Bekhem yeni mülk alır
Dünyanın ən məşhur futbolçularından biri Devid Bekhem İngiltərənin Qlosterşir qraflığındakı qədim malikanələrdən birini satın almağa hazırlaşır.

Londonun mərkəzində 31,5 milyon funt-sterlinqə malikanə almış Devid və Viktoriya Bekhem indi də "kənd evi"nə yiyələnmək istəyirlər.

Qlosterşirdəki "Amberley House" adlı malikanənin ilkin satış qiyməti 5,4 milyon funt-sterlinqdir.

    //milli.az