Ronaldu daha bir rekordu təkrarladı

16-01-2017, 17:09
276

Ronaldu daha bir rekordu təkrarladı"Real"ın hücumçusu Kriştianu Ronaldu növbəti rekordu təkrarlayıb.

Portuqaliyalı superulduz buna La Liqanın XVIII turunda "Sevilya" ilə keçirilən qarşılaşmada nail olub.

Ronaldu komandasının 1:2 hesabı ilə məğlub olduğu matçın 67-ci dəqiqəsində penaltidən hesabı açıb. Bununla o, sabiq "Real"lı Uqo Sançesin rekordunu təkrarlayıb. Belə ki, Primeroda penalti ilə ən çox fərqlənən Sançesin aktivində 56 belə qol var idi. Ronaldu daha bir onbirmetrlik zərbədən fərqlənərsə, yeni rekord müəyyənləşdirəcək.
 
Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm La Liqada meydana çıxdığı 13 oyunda 12 qola imza atıb.
 
La Liqada penaltidən ən çox qol vuran 10 futbolçu
1-2. Kriştianu Ronaldu- 56 qol
1-2. Uqo Sançes - 56
3. Ronald Kuman - 46
4. Luboslav Penev - 43
5. Lionel Messi - 42
6-7. Daniel Ruiz - 34
6-7. Rafael Maranon - 34
8. David Vilya - 32
9. Ander Qaritano - 31
10. Kuini - 30

   //apasport.az