London qar altında qaldı

13-01-2017, 15:26
129

London qar altında qaldıAvropada havaların kəskin soyuması, sazaq və şaxta Britaniyadan da yan keçməyib. Dumanlı Albionda temperatur qəflətən aşağı düşüb.

İngiltərə, Şotlandiya, Uels və İrlandiyada güclü külək, boran və çovğundur.

Ölkə miqyasında daşqınlarla və sellərlə bağlı 67, yolların buz bağlaması iləsə 78 xəbərdarlıq yayılıb.

London da qar altındadır. Yolların əksəriyyəti buz bağlayıb.

Havanın temperaturu -9-a düşüb ki, bu da londonlular üçün həddən artıq soyuqdur.

   //milli.az