Azərbaycan yığmasının sabiq baş məşqçisi FİFA-nın qərarından şoka düşüb

11-01-2017, 15:19
20

Azərbaycan yığmasının sabiq baş məşqçisi FİFA-nın qərarından şoka düşübAzərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts FİFA-nın 2026-cı ildən etibarən dünya çempionatında iştirakçı komanda sayının 48-ə yüksəldilməsi barədə qərarına münasibət bildirib.

71 yaşlı mütəxəssis "Kicker"ə açıqlamasında qərardan şoka düşdüyünü deyib. Onun fikrincə, FİFA dünya çempionatlarına son qoymaq istəyirsə, elə bu istiqamətdə də davam etməlidir: "Bu, inanılmaz, dəhşətli qərardır. Dünya çempionatlarının axırına çıxmaq istəyirlərsə, elə bu yolla da getməlidirlər. Qərarı anlaya bilmirəm. Bu, artıq mənim mundialım deyil".

Qeyd edək ki, Berti Foqts Almaniya yığmasında futbolçu kimi 1974-cü ildə dünya, baş məşqçi qismində isə 1996-cı ildə Avropa çempionu titulunu qazanıb. O, 2008 - 2014-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib.

   //Report