Sabiq "Qəbələ"li Rusiya klubunda

11-01-2017, 14:23
15

Sabiq "Qəbələ"li Rusiya klubunda"Qəbələ"nin sabiq futbolçusu Aleksey Antonovun klubsuz günləri başa çatmaq üzrədir.

Təcrübəli hücumçu "Anji" klubunun düşərgəsindədir.

Ötən yay "Qəbələ"dən ayrıldıqdan bəri klubsuz olan 30 yaşlı oyunçu həmin vaxtdan bəri fiziki formasını itirməmək üçün "Dnepr"də məşq etməklə kifayətlənirdi. "Anji"yə yenicə qoşulan Ukrayna millisinin sabiq üzvü Mahaçqala təmsilçisində baxışdan keçəcək. Rusiya təmsilçisi Antonovla yanaşı, Əfqanıstan millisinin və Nalçik "Spartak"ının yarımmüdafiəçisi Şarif Muhammadı da yoxlayır.
 
Qeyd edək ki, Aleksey Antonov "Qəbələ"dən əvvəl "Dnepr", "Metallist", "Zarya", "Çernomorets", "Aktobe" və "Kuban" kimi klublarda çıxış edib.

   //apasport.az