"Monako" yarımfinalda

11-01-2017, 13:26
21

"Monako" yarımfinaldaFransa Liqa Kubokunda 1/4 finala start verilib.

İlk oyun günündə iki görüş keçirilib.

"Nant" öz meydanında "Nansi"yə uduzub - 0:2. Qonaqlar yarımfinala  vəsiqəni təmin ediblər.

Digər görüşdə isə "Monako" "Soşo"nun qonağı olub. Əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatan qarşılaşma  penaltilər seriyasına qədər uzanıb. Penaltiləri daha dəqiq yerinə yetirən Knyazlıq təmsilçisi yarımfinala yüksəlib.

1/4 finalın digər cütlərində PSJ "Mets"lə, "Bordo" isə "Qenqam"la qarşılaşacaq.

10 yanvar

Fransa Liqa kuboku, 1/4 final

"Nant" - "Nansi" -  0:2
Qollar: Dale, 31, Kuffo, 45+3.

"Soşo" - "Monako" -  1:1 (Penaltilər - 3:4)
Qollar: Andriatsima, 16 (1:0), Joao Moutinyo, 83 (1:1)

   //Qol.az