"2017-ci ildə görəcəksiniz"

3-01-2017, 23:34
203

"2017-ci ildə görəcəksiniz"İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio "İnter" və "Milan"ın əvvəlki səviyyəsinə qayıtmasını İtaliya futbolu üçün önəmli hesab edib. Qurumun rəhbəri bunları deyib:

"İtalyan futbolu enişdə deyil. Amma bizə ən lazım olan Milan klublarının yüksəlişidir. "İnter" sərmayələrin hesabına formalaşmış təşkilati struktur baxımından bir az öndədir. 2017-ci ildə inkişaf görəcəksiniz. Milan klubları hazırda "Yuventus"un malik olduğu durumu uzun müddətə itirməməlidir. Amma onlar yaxın vaxtlarda lazım olanı etsələr, "Yuventus"un 2 rəqibi meydana çıxacaq".

   //Goal.az