Premyer Liqa klubunda yeni baş məşqçi

2-01-2017, 23:24
234

Premyer Liqa klubunda yeni baş məşqçiİngiltərənin "Suonsi" klubunun yeni baş məşqçisi məlum olub.

Pol Klementlə yaxın günlərdə müqavilə imzalanacaq.

Hazırda "Bavariya"nın baş məşqçisi Karlo Ançelottinin köməkçisi olan 44 yaşlı mütəxəssislə razılıq əldə olunub.

Qeyd edək ki, Pol Klement müxtəlif vaxtlarda "Çelsi", PSJ, və "Real" kimi klublarda məşqçi vəzifəsində çalışıb.

   //Qol.az