İdmançımız dünya çempionu oldu

21-11-2016, 13:22
284

İdmançımız dünya çempionu olduAzərbaycanın və "Qəbələ" İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Təmsilçimiz Fransanın Marsel şəhərində keçirilən döyüş gecəsində rinqə çıxıb.

Nəbiyev muay-tay növü üzrə dünya çempionu kəməri uğrunda mübarizə aparıb. 79,3 kq çəki dərəcəsində planetin ən yaxşısı olmaq üçün rinqə çıxan Alim fransalı Yohan Lidonla qarşılaşıb.
 
Gərgin keçən 5 raundluq döyüşdə xal hesabı ilə qalib gələn idmançımız WMS versiyası üzrə dünya çempionu adına yiyələnib.

   //apasport.az