"Mənasız qırmızı vərəqələr aldıq"

24-08-2016, 17:22
256

"Mənasız qırmızı vərəqələr aldıq""Roma" Çempionlar Liqasının pley-off mərhələsinə "Portu"ya uduzaraq bu turnirdə mübarizəni dayandırıb. "Olimpico"da keçirilən matçda italyanların 2 futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb.

Görüşdən sonra "Roma"nın baş məşqçisi Luçano Spaletti bunları deyib:

"Bu məğlubiyyət bizim üçün mövsümü dəyişəcək. Amma bununla barışmaq lazımdır. Mənasız qırmızı vərəqələr aldıq. Ötən mövsüm bu baxımdan problemlər olmurdu. İndisə futbolçular tez-tez qırmızı vərəqə ilə cəzalanırlar. Səbəbini başa düşə bilmirəm. Topu tez itirir, axmaq səhvlər edirdik. Bu, "Portu"ya inamlı oynamaq imkanı verdi. De Rossinin meydandan qovulması oyunu tamamilə korladı".

   //Goal.az