Advokat yığmaya məşqçi təyin olundu

12-05-2016, 22:43
42

Advokat yığmaya məşqçi təyin olunduFutbol üzrə Rusiya yığmasının sabiq baş məşqçisi Dik Advokat kayerasını Hollandiyada davam etdirəcək. O, Hollandiya yığmasına baş məşqçi Danni Blindin köməkçisi vəzifəsində çalışacaq.

Hollandiya D.Advokat üçün yad komanda deyil. 69 yaşlı mütəxəssis 1984-1987 və 1991-1992-ci illərdə adıçəkilən komandada baş məşqçi köməkçisi vəzifəsində işləyib. O, 1992-1994 və 2002-2004-cü illərdə isə Hollandiyanın baş məşqçisi olub.
D.Advokatın yığma komanda ilə ən böyük uğuru 2004-cü ildə olub. Həmin dönəmdə Hollandiya Avropa çempionatında 4-cü yerə sahib çıxıb.

   //Repor