"Bakı Marafonu 2016"nın qalibi bəlli oldu

1-05-2016, 12:42
57

"Bakı Marafonu 2016"nın qalibi bəlli oldu"Bakı Marafonu 2016"nın qalibi bəlli oldu. Azərbaycanlı Namiq Əsədov marafonun qalibi adını qazanıb. İkinci yeri gürcüstanlı Georgi Dameniya, üçüncü yeri isə azərbaycanlı Tural Sadıqov tutub.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan "Bakı Marafonu 2016"ya bu gün start verilib.


Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionunda başa çatıb. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt ayrılıb. Marafon saat 10:00-da başlayıb.

Ümumilikdə, şəhər sakinlərinin, qonaqların qoşulduğu Bakı Marafonu 2016-da iştirak etmək üçün 3621 nəfər qeydiyyatdan keçib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, təhsil naziri Mikayıl Cabbarov və başqa tanınmış simalar da iştirak edib.

Tədbirin strateji hədəfi Bakı marafonunu nüfuzlu idman tədbirlərindən birinə çevirmək və əcnəbi atletləri, qonaqları burada iştiraka həvəsləndirməkdir. "Bakı Marafonu 2016”nın missiyası həm də Azərbaycanın idman tarixində yeni mədəniyyət yaratmaqdır.