FİFA Bekkenbaueri cərimələyib

18-02-2016, 15:33
69

FİFA Bekkenbaueri cərimələyibFİFA-nın Etika Komitəsi Almaniya və dünya futbolunun əfsanəsi Frans Bekkenbaueri cərimələyib.

Bu barədə ali futbol qurumunun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

71 yaşlı sabiq futbolçu 7 min İsveçrə frankı cərimələnib. Buna səbəb Bekkenbauerin Etika Komitəsinin Nizamnaməsinin 42-ci maddəsinə əsasən əməkdaşlıq öhdəliyini pozmasıdır. Sabiq futbolçu komitə tərəfindən aparılan araşdırmalara futbol rəsmisi kimi davranışı ilə dəstək vermədiyi üçün cərimələnib. Bu isə Komitənin Nizamnaməsinin 13-cü maddəsinin pozulması deməkdir.

Açıqlamada həmçinin, 2006-cı il dünya çempionatının Almaniyada keçirilməsi ilə bağlı aparılan istintaqda Bekkenbauerin məsələylə heç bir əlaqəsi olmadığı qeyd olunub.

  //goal.az