Kişi hamamda boğazını kəsdi

4-12-2015, 14:05
99

Kişi hamamda boğazını kəsdiBakıda 42 yaşlı kişi boğazını kəsərək intihar edib. Hadisə Pirallahıda baş verib.

Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, Pirallahı rayon sakini, 1973-cü il təvəllüdlü Adil Eldar oğlu Ələkbərov yaşadığı evin hamam otağında boğazını kəsib. Otağın qapısının bağlı olduğunu görən ailə üzvləri dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Qapı açıldıqda isə Adil Ələkbərov boğazı kəsilmiş halda aşkalanıb.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bu, son iki ayda ikinci haldır. Noyabr ayının 3-də Bakıda dəhşətli intihar hadisəsi baş verib. Zəngilan rayonunda anadan olub, paytaxtın Zabrat qəsəbəsində yaşayan 1972-ci ildə Həsənqulu Aydın oğlu Hümmətov yaşadığı evin hamamında boğazını bıçaqla kəsərək intihar edib. 43 yaşlı kişi çoxlu qan itirdiyindən hadisə yerində dünyasını dəyişib. Onun cansız bədənini ailə üzvləri aşkar ediblər.

   //ANS Press