Azərbaycanda dəhşət, kişi öz boğazını kəsdi

3-11-2015, 17:00
130

Azərbaycanda dəhşət, kişi öz boğazını kəsdiBakıda dəhşətli intihar hadisəsi baş verib. Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Sabunçu rayon Polis İdarəsindən  verilən məlumata görə, əslən Zəngilan rayonunda anadan olub, paytaxtın Zabrat qəsəbəsi, oktyabr küçəsi ev 64, mənzil 55 ünvanında yaşayan 1972-ci ildə Həsənqulu Aydın oğlu Hümmətov yaşadığı evin hamamında boğazını bıçaqla kəsərək intihar edib. 43 yaşlı kişi çoxlu qan itirdiyindən hadisə yerində dünyasını dəyişib. Onun meyitini ailə üzvləri aşkarlayıblar.

Hadisənin başvermə səbəbləri məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Dünən də Zabrat qəsəbəsində intihar olub. Orta məktəb şagirdi özünü asıb.

Zabrat qəsəbəsi R. Axundov küçəsi, ev 64 ünvanında qeydə alınan hadisə zamanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Asif Münasib oğlu Süleymanov özünü yaşadığı evin həyətindəki hamamdan asıb. Onun asılmış vəziyyətdə ailə üzvləri aşkarlayıblar. Yeniyetmə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

   //ANS Press