Kürdəmirdə qətl törədilib

9-09-2015, 15:11
1 197

Kürdəmirdə qətl törədilib
Kürdəmir rayonunda yeniyetmə qətlə yetirilib.

Kürdəmir rayon Prokurorluğundan  verilən məlumata görə hadisə Ərəbqubalı kəndində baş verib.

Kürdəmir rayon prokurorunun böyük köməkçisi Pərviz Nərimanov  bildirdi ki, sentyabrın 8-də 14 yaşlı kənd sakini Babayev İzzətin meyiti bağda yaxınları tərəfindən tapılıb. Məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri qeydə alınıb. Qətlin səbəbləri və kim tərəfindən törədildiyi müəyyən edilməyib.


Prokurorun köməkçisi onu da qeyd etdi ki, faktla bağlı cinayət işi açılıb və araşdırmalar aparılır.

   //ANS Press