Bakıda avtomobil 70 yaşlı kişini vuraraq öldürdü

23-10-2015, 17:03
82

Bakıda avtomobil 70 yaşlı kişini vuraraq öldürdüBakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb. Əhməd Hüseynov idarə etdiyi "VAZ-2107" markalı, 90 ZR 584 dövlət nömrə nişanlı maşınla yolu keçən 70 yaşlı Eldar Heydərovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

   //APA