29 yaşlı oğlan 8 yerindən bıçaqlandı

19-10-2015, 14:27
329

29 yaşlı oğlan 8 yerindən bıçaqlandı
Balakən sakini bıçaqlanıb.

Balakən Mərkəzi Rayon Xəstəxanasından (RMX)  verilən məlumata görə, rayonun Gərəkli kənd sakini, 1986-cı il təvəllüdlü Ruslan Adil oğlu Zeynalov oktyabrın 18-i axşam saatlarında bədənin müxtəlif nahiyələrində çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Ruslan Zeynalovun belin sağ və sol kürək nahiyələrindən ümumilikdə kəsilmiş və deşilmiş 5 bıçaq xəsarəti, ayağın bud nahiyəsindən 2 və üzündən 1 bıçaq xəsarəti aldığı məlum olub. Cərrahiyə əməliyyatı olunan Ruslan Zeynalov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə rayonun Qullar kəndində baş verib. Ruslan Zeynalovla həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Elvin Eldar oğlu Nastakalov arasında mübahisə düşüb. E.Nastakalov üzərindəki bıçaqla R.Zeynalova xəsarətlər yetirib. Hadisəni törədən şəxs tutulub. Hadisə baş verən zaman hər iki şəxsin içkili olduğu bildirilir.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

   //APA