Avtomobil zavodunda YANĞIN

6-03-2017, 14:25
242

Avtomobil zavodunda YANĞINTürkiyədə Kocaeli şəhərinin Kartepe mahalında avtomobil ehtiyat hissəsi istehsal edən bir fabrikdə yanğın baş verib.

Yanğın küləyin təsiriylə daha geniş ərazini əhatə edib.

Axşam saatlarında baş verən yanğının səbəbi,hələlik məlum deyil. Bölgəyə xeyli sayda xilasetmə qrupları və yanğınsöndürmə briqadası cəlb edilib. Bazar günü olması səbəbiylə fabrikdə iş olmayıb. Yanğın nəzarətə götürülərək saatlar sonra söndürülüb.

//milli.az