Səhər saatlarında Bakıda 7 yol qəzası baş verdi

17-02-2017, 15:26
30

Səhər saatlarında Bakıda 7 yol qəzası baş verdiBu gün səhər saatlarında Bakı şəhərində 7 yol qəzası baş verib.

Bu barədə  Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, hadisələr nəticəsində xəsarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib. Yol qəzalarının baş verməsinə səbəb yol və meteroloji şəraitin sürücülər tərəfindən nəzərə alınmamasıdır.

   //Trend