Kişi evində dəm qazından zəhərləndi

12-02-2017, 23:33
302

Kişi evində dəm qazından zəhərləndiHacıqabulda 35 yaşlı kişi dəm qazından zəhərlənib.

Hacıqabul sakini, M.Müşviq küçəsi 134 ünvanında yaşayan 1982-ci il təvəllüdlü İslamov Cəbrayıl Ələsgər oğlu vanna otağında olarkən dəm qazından zəhərlənib.

Ə.İslamov toksik zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

  //APA