Bakıda ər-arvad zəhərləniblər, onlardan biri ölüb

18-01-2017, 17:09
212

Bakıda ər-arvad zəhərləniblər, onlardan biri ölübBakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Xətai Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini, 48 yaşlı  Eldar Əhmədov və onun həyat yoldaşı, 42 yaşlı Aysabah Əhmədova yaşadıqları evin hamamında dəm qazından zəhərləniblər. Ər hadisə yerində keçinib, A. Əhmədova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabildir.
 
Faktla bağlı araşdırma aparılır.

//APA