Özünü binadan atan qız xəstəxanada öldü

11-01-2017, 16:07
4

Özünü binadan atan qız xəstəxanada öldüBakıda 17 gün əvvəl intihara cəhd edən qız xəstəxanada ölüb.

Suraxanı Rayon Prokurorluğundan  verilən məlumata görə, ötən il dekabrın 25-də Yeni Günəşli qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nərminə Firuddin qızı Paşayeva yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb.
 
Xəstəxanaya yerləşdirilən N Paşayeva ötən gün orada dünyasını dəyişib.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

   //APA