DİN Mehman Hüseynovla bağlı araşdırmaya başladı

10-01-2017, 12:06
72

DİN Mehman Hüseynovla bağlı araşdırmaya başladıDaxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovun saxlanılıb-saxlanılmadığını araşdırır.

Bu haqda  DİN-nin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O deyib ki, məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlama veriləcək.


Qeyd edək ki, M.Hüseynovun yoxa çıxması ilə bağlı yaxınları sosial şəbəkədə məlumat verib. Bloqqerin itməsiylə bağlı DİN-in 102 xidmətinə müraciət olunub. 22-ci polis bölməsindən dostlarına M.Hüseynovun artıq axtarışa verildiyini deyiblər.

   //Modern.az