Bakıda yolu keçmək istəyən əlili maşın vurdu

2-05-2016, 10:59
63

 Bakıda yolu keçmək istəyən əlili maşın vurduBakıda piyadanın vurulması ilə nəticələnən qəza baş verib. Hadisə Şıxəli Qurbanov küçəsində, Xarici İşlər Nazirliyinin qarşısında qeydə alınıb.

Hələki kimliyi bilinməyən şəxs əlil arabasında yolu keçmək istəyən zamanı onu Rauf Tağıyevin idarə etdiyi "Nissan" markalı maşın vurub. Ağır bədən xəsarətləri alan piyada 1963-cü il təvəllüdlü yaşlı Veysəlov Kərəm Nazim oğlu  1 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən sürücü əraziyə gələn polislər tərəfindən saxlanılıb. Sürücü ifadəsinin alınması üçün polis idarəsinə, avtomobili isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə yeraltı piyada keçidinin yaxınlığında qeydə alınıb.

   //ANS Press