Bakı sakini boğazını kəsərək intihar etdi

17-03-2016, 15:11
55

Bakı sakini boğazını kəsərək intihar etdiBakıda dəhşətli intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəyha Hüseynov küçəsi, ev 32 A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1930-cu il təvəllüdlü Əliş İsmayıl oğlu Bəhramov yaşadığı evdə boğazını bıçaqla kəsərək intihar edib. Xəsarət alan kişi xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

86 yaşlı kişinin boğazını kəsməsinin səbəbləri hələlik məlum deyil.

Bakıda oxşar intihar hadisəsi bir müddət əvvəl Sabunçu rayonunda da qeydə alınıb. Əslən Zəngilan rayonundan olan və Zabrat qəsəbəsi, oktyabr küçəsi, ev 64, mənzil 55 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Həsənqulu Aydın oğlu Hümmətov yaşadığı evin hamamında boğazını bıçaqla kəsərək intihar edib. 43 yaşlı kişi çoxlu qan itirdiyindən hadisə yerində dünyasını dəyişib.

  //ANS Press