İran sosial şəbəkədən istifadə etməyə icazə verdi

19-01-2016, 11:37
61

İran sosial şəbəkədən istifadə etməyə icazə verdi İran İslam respublikasının bir müddətdir sosial şəbəkələrə tətbiq etdiyi qadağaları aradan qaldırmağa başlayıb. Artıq You Tube sosial şəbəkəsinə qoyulan qadağa tamamilə götürülüb. Daha sonra Twitterə qarşı qadağanın da aradan qaldırıldığı iddiaları səsələnib.

Beləki, Fransa Xəbər Agentliyinin İran bürosunun jurnalisti Artur Makmillan You Tube və "Twitter"ə girişin açıldığı haqda xəbəri öz şəxsi Twitter hesabında yazaraq bildirib. Twitter qadağasının tam olaraq aradan qaldırılmadığı bildirilir. Jurnalistin VPN istifadə edərək, bu "tweet”i atdığı təxmin edilir.

İranlı jurnalist Alborz Həbibi Tvitterdən mesaj yazaraq sosial şəbəkələr üzərindən senzurasız ilk "tweet”ni atdığını qeyd edib:"Sanksiyasız İrandan atdığım ilk "tweet”dir. Eyni zamanda ilk dəfə VPN istifadə etmədən, senzuraya uğramadan "tweet” atıram” deyə bildirib.

İranda sosial şəbəkələr 2009-cu il prezident seçkilərindən sonra qadağan olunub. Yeri gəlmişkən, bu ölkədə tətbiq olunan süzgəc vasitəsilə bir sıra xarici xəbər saytları zaman-zaman qadağan olunur. O cümlədən, Amerikanın bir sıra saytlarına giriş hələ də qadağandır.

  //ANS Press