BMT FIFA-nin fəaliyyətini araşdıracaq

15-12-2015, 16:15
75

BMT FIFA-nin fəaliyyətini araşdıracaqBMT Beynəlxalq Futbol Federasiyasının (FIFA) fəaliyyətini insan hüquqlarının təminatı baxımından araşdıracaq.

Müstəqil yoxlama missiyası BMT-nin Baş katibinin xüsusi nümayəndəsi Con Raqqiyə həvalə olunub.
Yoxlamanın nəticələri 2016-cı ilin mart ayında ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, bu il mayın 27-də Sürixdə FİFA-nın bir sıra yüksək vəzifəli şəxsləri həbs edilib. Onlar ümumilikdə 10 milyard dollardan çox rüşvət almaqda şübhəli bilinirlər. Korrupsiya cinayətləri üzrə işdə 14 futbol funksionerinin, o cümlədən FİFA-nın iki vitse-prezidentinin adı hallanıb.
ABŞ-ın sorğusuna əsasən FİFA-nın korrupsiya qalmaqalı ilə bağlı 6 nəfəri beynəlxalq axtarışa - İnterpola verilib.

   //Report