Fələstinli qadınların inanılmaz görüntüləri

1-09-2015, 11:58
357

 Fələstinli qadınların inanılmaz görüntüləri
Fələstinli qadınlar İsrailli hərbçini döyərək, uşağın köməyinə gəliblər.

İsrail hərbçisinin qolu gibsdə olan 11 yaşlı fələstinli oğlanı saxlamaq cəhdi baş tutmayıb. İnsident Ramallanın yaxınlığında Nəbi Saleh qəsəbəsində İsrail hakimiyyətinə qarşı keçirilən etiraz aksiyası zamanı baş verib. Hərbçilər və yerli sakinlər arasında qarşıdurma olub. Yerli sakinlər əsgərlərə daş atmağa başlayıblar.

İsrail əsgərlərindən biri daş atan oğlanı saxlamaq istəyib. 11 yaşlı uşağı silahla hədələyən əsgər istəyinə nail ola bilməyib. Fələstinli qadınlar və qızlar oğlanın köməyinə gəliblər və onu əsgərin əlindən ala biliblər. Qadınlar tərəfindən döyülən hərbçi nəticədə yüngül yaralar alıb.

"Hər bir valideyn üçün övladının belə amansız hücuma məruz qalmasını görmək çox çətindir" - deyə uşağın valideyni deyib.

   //ANS Press