İranlı polkovnik öldürüldü

20-10-2015, 14:45
83

İranlı polkovnik öldürüldüSuriyada rejim əsgərlərinə dəstək verən İran İslam respublikasının yüksək rütbəli zabitlərindən biri öldürülüb. İran iqilabı keşikçiləri korpusu "İmam Hüseyn” briqadasının komandirlərindən olan polkovnik Müslim Xizabın Suriyanın paytaxtı Dəməşqdə öldürüldüyü bildirilir.

İran inqilabı keşikçilərinə aid "defapress.ir” saytı polkovnik Xizabın Suriyada hərbi məsləhətçi olduğunu bildirir. Polkovnikin nə vaxt və hansı şəraitdə öldürüldüyü bildirilməsə də, cənazəsinin İrana aparıldığı və İsfahan şəhərində dəfn olunduğu qeyd edilib.

Son günlər Suriyada böyük itkilər verən İran, bu günə qədər 8 generalını və çox sayda yüksək rütbəli zabitini bu ölkədə itirib.

   //ANS Press