Mosul döyüşündə son mərhələ başladı

16-03-2017, 11:19
148

Mosul döyüşündə son mərhələ başladı"Mosulun İŞİD terrorçularından təmizlənməsinə çox az qaldı. Döyüş yekun mərhələdədir".

Bu barədə İraqın baş naziri Heydər əl İbadi açıqlama verib.

"Hazırda savaş son mərhələdədir. İŞİD çox kiçik bir əraziyə sıxışdırılıb. Terrorçular son günlərini yaşayırlar. Silahlarını tərk etməyən terrorçular öldürüləcək. Bu dəqiqdir" - deyə baş nazir vurğulayıb.

 //Trend